"Mançester Yunayted" və "Çelsi" İngiltərə Kubokunun 1/16 finalına çıxıb

"Mançester Yunayted" və "Çelsi" İngiltərə Kubokunun 1/16 finalına çıxıb Bakı. 6 yanvar. REPORT.AZ/ Mançester Yunayted futbol üzrə İngiltərə Kubokunun 1/32 finalı çərçivəsində Redinqlə keçirilən ev oyununda qələbə qazanıb.
Futbol
6 Yanvar , 2019 00:50
Mançester Yunayted və Çelsi İngiltərə Kubokunun 1/16 finalına çıxıb

Bakı. 6 yanvar. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun 1/32 finalı çərçivəsində "Redinq"lə keçirilən ev oyununda qələbə qazanıb.

“Report” xəbər verir ki, Mançesterin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

"Qırmızı şeytanlar"ın qələbə qollarını Xuan Mata Romelu Lukaku vurub.

"MY" bu qələbə sayəsində turnirin 1/16 finalına çıxıb, "Redinq" isə yarışı tərk edib.

Paralel keçən qarşılaşmada "Çelsi" "Nottingem Forest"i məğlub edib və turnirin növbəti mərhələsinə vəsiqəni təmin edib. Londonun "Stemford Bric" stadionunda keçən görüş 2:0 hesabı ilə şəhərlilərin xeyrinə başa çatıb. Alvaro Morato dubl edib.

Son xəbərlər

Orphus sistemi