Yuxarı
    Bağlamaq

    Mustafa Dənizli "Qalatasaray"la vidalaşıb

    Təcrübəli mütəxəssis klub prezidenti ilə görüşə yollanıb

    Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi bu gün saat 15:00-a təyin olunan məşqə çıxmayıb. "Report"un məlumatına görə, 67 yaşlı mütəxəssis klubun "Florya Metin Oktay" bazasında futbolçular və klub əməkdaşları ilə vidalaşıb.

    Ardından o, "sarı-qırmızılar"ın prezidenti Dursun Özbeklə görüşmək üçün "Türk Telekom Arena"ya yollanıb.

    Qeyd edək ki, "Qalatasaray" Super Liqanın XXIII turunda səfərdə "Qaziantepspor"a 0:2 hesabı ilə uduzduqdan sonra Mustafa Dənizli baş məşqçi vəzifəsindən istefa verməyi qərara aldığını açıqlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi