Yuxarı

"Qarabağ" klubu ​Muarem Muaremlə bağladığı müqavilənin müddətini açıqlayıb

Bu, klubun ikinci qış transferidir

Bakı. 7 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu sabiq futbolçusu Muarem Muaremlə müqavilə imzalayıb. Bu barədə "Report"a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, makedoniyalı yarımmüdafiəçi ilə sonradan daha 2 il uzadıla bilməsi şərti ilə 6 aylıq anlaşma əldə olunub. 27 yaşlı futbolçu hazırda Ağdam komandası ilə birgə Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışındadır. Daha öncə "Qarabağ" "Xəzər Lənkəran"dan ayrılan Azərbaycan milli komandasının yarımmüdafiəçisi Rahid Əmirquliyevlə eyni müddətə anlaşıb.

Qeyd edək ki, 2012-ci ildən "Qarabağ"da çıxış edən Muarem Muarem yay transfer pəncərəsində Türkiyənin "Eskişehirspor" klubuna transfer olunub. Lakin o, iki ay öncə həmin klubla müqaviləni pozub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi