
İtaliya millisi və "Yuventus" klubunun əslən Kot-Diuvardan olan hücumçusu Moyze Kin "Everton"a transfer olunub.
"Report" İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ingilis komandası ilə 5 ilik müqavilə imzalayıb.
Daha əvvəl verilən məlumata görə, "Everton" Kinə görə "Yuventus"a 27,5 milyon funt ödəyəcək. Turinlilər oyunçunun 36,6 mln. funta geri alınması seçiminə malik olacaqlar.
Kin 2018/19-cu illər mövsümündə "Yuventus"un heyətində A Seriyasında 13 oyun keçirib, 6 qol vurub və bir məhsuldar ötürməsi edib.
Sport Department
Xəbərin müəllifi