Yuxarı

Mourinyu: "Sabah Londona yağış yağsa, mən günahkar olacağam"

Mourinyu: "Sabah Londona yağış yağsa, mən günahkar olacağam"

Bakı. 7 oktyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyu Premyer Liqanın 8-ci tur matçında evdə "Nyukasl" üzərində qələbədən sonra ünvanına səsləndirilən tənqidə zarafatla cavab verib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis cavabında jurnalistlərin hər şeydə onu günahkar bilmələrinə eyham vurub.

"Bu gün mən Londona gedirəm. Əgər sabah paytaxta yağış yağsa, bu mənim üzümdən olacaq. Əgər "Brexit"lə bağlı nəsə bir problem yaransa, mən də günahkar olacağam", - deyə Mourinyu bildirib.

"Mançester Yunayted" hazırda 13 xalla ölkə çempionatının turnir cədvəlində 8-ci yeri tutur. Növbəti tur Jozenin komandası "Çelsi" ilə oynayacaq. Görüş oktyabrın 20-də Londonun "Stemford Bric" stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi