Mourinyo Şvaynştaygerin gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib

Mourinyo Şvaynştaygerin gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib "Əlbəttə, yanvarda Şvaynştayger "MY"da qala bilər"
Futbol
3 Dekabr , 2016 07:20
Mourinyo Şvaynştaygerin gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib

Bakı. 3 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo alman yarımmüdafiəçi Bastian Şvaynştaygerin klubda gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

"Report" xəbər verir ki, o, əvvəlki kimi yarımmüdafiəçiyə ümid bəslədiyini dilə gətirib.

"Əlbəttə, yanvarda Şvaynştayger "MY"da qala bilər. Əgər sənin klubla müqavilən varsa, sən öz gələcəyini müəyyən etmək hüququna maliksən. Bastian bizə kömək edə bilər. O, digər komanda yoldaşları kimi öz üzərində işləməlidir ki, oynamaq üçün daha çox şans əldə etsin. Ötən yay biz Şvaynştayger üçün başqa bir gələcəklə bağlı variantlar seçməyə çalışdıq. Lakin o, bu şəraitdə klubda qalmaq qərarına gəlmək üçün kifayət qədər güclü çıxdı. O, oynamaq şansı qazanmaq üçün öz üzərində çox işlədi. Qətiyyətli insanlar mənim xoşuma gəlir", – deyə portuqaliyalı mütəxəssis bildirib.

Bastian Şvaynştayger mövsüm başlayandan noyabrın 30-a qədər heç bir oyunda komandasının heyətində meydana çıxmayıb. Baş məşqçi yalnız göstərilən tarixdə Liqa Kubokunun ¼ finalında "Vest Hem Yunayted" klubuna qarşı matçda (4:1) ona şans verib.

Son xəbərlər

Orphus sistemi