Moskvada Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri keçiriləcək

Moskvada Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri keçiriləcək Turnir üçüncü dəfədir keçirilir
Futbol
17 Dekabr , 2015 16:17
Moskvada Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Moskvada görkəmli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə millətlərarası turnir keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, turnirə təşkilatçılığı regionlararası əməkdaşlıq, milli siyasət və dini qurumlarla iş üzrə Moskva şəhər Departamenti və Azərbaycanın Rusiyadakı səfirliyi Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə edəcək.

Turnirin keçirilməsində əsas məqsəd Rusiya və Azərbaycan arasında tərəfdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi olacaq. Komanda yarışları müxtəlif millətlərin birləşməsinə, eləcə də digər mədəniyyətlərin nümayəndələrinə qarşı tolerantlığın inkişafına yardım edəcək.

Qeyd edək ki, Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş turnir üçüncü dəfədir keçirilir.

Son xəbərlər

Orphus sistemi