Moskvada ermənilərin yaratdığı “Ararat” futbol klubu fəaliyyətini dayandırır

Moskvada ermənilərin yaratdığı “Ararat” futbol klubu fəaliyyətini dayandırır Sentybarın 7-də "Ryazan"a qarşı keçiriləcək matç komanda üçün sonuncu olacaq
Futbol
5 Sentyabr , 2017 17:24
Moskvada ermənilərin yaratdığı “Ararat” futbol klubu fəaliyyətini dayandırır

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiyanın “Ararat” futbol klubu fəaliyyətini dayandıracaq. “Report” xəbər verir ki, bu barədə “Sport-Ekspress”ə Moskva təmsilçisinin baş məşqçisi Aleksandır Qriqoryan bildirib.

2017-ci ilin martında Moskvanın Erməni Gənclər Assosiasiyasının dəstəyi ilə təsis edilən və II Divizionun Mərkəz zonasında çıxış edən klubun əsas komandası sentyabrın 7-də “Ryazan”ı qəbul edəcək. A.Qriqoryanın sözlərinə görə, VIII tur çərçivəsində keçiriləcək matç “Ararat” üçün sonuncu olacaq: “Ararat” bağlanır. Bizə bu barədə məlumat veriblər. Böyük ehtimalla, “Ryazan”la görüş sonuncu olacaq. Klubun fəaliyyətinin dayandırması ilə bağlı səbəbləri həmin görüşdən sonra təşkil olunacaq mətbuat konfransında açıqlaya bilərəm. Fikrimcə, klub bu qədər asan formada dağıla bilməz. Özü də ki, “Ararat” adlı klub”.

Qeyd edək ki, avqustun sonunda “Ararat”ın prezidenti Valeri Ohanesyan səhhətindəki problemlə əlaqədar klubu tərk etdiyini açıqlayıb. Bundan sonra Moskva təmsilçisinin vitse-prezidenti Andranik Keropyan klubun büdcəsindən 20 milyon rublun (400 min manat) yoxa çıxdığını və həmin məbləğin V.Oqanesyanın hesabına köçdüyünü bildirib. O, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini, klubun sabiq prezidentinin isə Gürcüstanda olduğunu söyləyib.

Xatırladaq ki, “Ararat” Roman Pavlyuçenko, Yevgeni Aldonin, Aleksey Rebko, Marat İzmayılov, İqor Lebednko kimi tanınmış futbolçular heyətinə cəlb etməklə diqqət mərkəzinə düşüb.

Son xəbərlər

Orphus sistemi