Moskva “Spartak”ının futbolçusu: “Məni Azərbaycan millisinə çağırırlar”

Moskva “Spartak”ının futbolçusu: “Məni Azərbaycan millisinə çağırırlar” “Mənimlə dəfələrlə əlaqə saxlayaraq Azərbaycan yığmasına dəvət ediblər”
Futbol
27 İyul , 2017 16:05
Moskva “Spartak”ının futbolçusu: “Məni Azərbaycan millisinə çağırırlar”

Bakı. 27 iyul. REPORT.AZ/ “Mənimlə dəfələrlə əlaqə saxlayaraq Azərbaycan yığmasına dəvət ediblər”. 

“Report”un məlumatına görə, bunu Rusiyanın “Anji” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev “Sovetskiy sport”a deyib.

İyirmi iki yaşlı yarımmüdafiəçi bildirib ki, hələlik qərar verməyə tələsmir: “Hazırda da Azərbaycan millisinə çağırırlar. Hələlik heç bir cavab vermirəm. İndi əsas olan Rusiya Premyer Liqasında oynamaq və möhkəmlənməkdir. Sonrasına baxarıq”.

Qeyd edək ki, Ayaz Quliyev müqavilə Moskva “Spartak”ına məxsusdur və “Anji”də icarə əsasında çıxış edir. O, Rusiyanın aşağı yaş qrupları üzrə yığma komandalarında forma geyinib. Yarımmüdafiəçi U-21-in heyətində 15 matça çıxıb və 2 qol vurub. Lakin hələlik əsas milli komanda ilə bağlı seçim etməyib.

Son xəbərlər

Orphus sistemi