Moskva “Spartak”ı 95 illik tarixi ərzində ən böyük hesablı məğlubiyyətlə üzləşib

Moskva “Spartak”ı 95 illik tarixi ərzində ən böyük hesablı məğlubiyyətlə üzləşib Rusiya təmsilçisi şəxsi antirekorduna üzülüb
Futbol
7 Dekabr , 2017 11:22
Moskva “Spartak”ı 95 illik tarixi ərzində ən böyük hesablı məğlubiyyətlə üzləşib

Bakı. 7 dekabr REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İngiltərədə “Liverpul”a 0:7 hesabı ilə uduzan Rusiyanın “Spartak” (Moskva) komandası şəxsi antirekorduna üzülüb. “Report” xəbər verir ki, bu, 1922-ci ildə təsis edilən Rusiya təmsilçisinin tarixinə ən böyük hesablı məğlubiyyət kimi düşüb.

Bunadək 1984-cü ildə keçirilən SSRİ çempionatında Rostov OİK-nə 1:6 hesabı ilə uduzan “qırmızı-ağlar” 4 dəfə 0:5 hesablı məğlubiyyətlə üzləşib. “Spartak” 1945 və 1964-cü illərdə “Torpedo”dan, 1946-cı ildə Moskva “Dinamo”sundan, 1949-cu ildə isə “Zenit”dən 5 cavabsız qol buraxıb.

Rusiya çempionatında isə yalnız “Zenit” moskvalıları 2012 və 2017-ci illərdə müvafiq olaraq, 5:0 və 5:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Spartak” avrokuboklarda indiyədək ən böyük hesablı məğlubiyyətini də məhz “Liverpul”dan alıb. Moskva klubu ÇL-in 2002/2003 mövsümündə ingilislərə 5 cavabsız qolla uduzub. Çempionlar Liqasında ən böyük hesablı qələbəni də "Liverpul" qazanıb. Mersisaydlılar "Spartak"ı yendikləri oyundan düz 9 il 11 ay əvvəl - 6 noyabr 2007-ci ildə Türkiyə "Beşiktaş"ını məğlubiyyətə uğradıb - 8:0. Lakin "qara qartallar" da bu mövsüm qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.   

Son xəbərlər

Orphus sistemi