Yuxarı
    Bağlamaq

    İspaniyalı futbolçu 140 km-lik məsafəni piyada qət edəcəyinə söz verib

    Alvaro Morata Yuventusun Çempionlar Liqasını qazanacağı təqdirdə, bu addımı atacaq

    Bakı. 8 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Alvaro Morata Milandan Turin şəhərinədək piyada gedəcəyini bildirib. "Report"un məlumatına görə, bunun üçün "qoca sinyora"la Çempionlar Liqasının qalibi olmalıdır.

    Bu mövsüm final matçı Milanda olacaq. Oradan ispaniyalı hücumçunun komandasının təmsil etdiyi Turinədək 140 km məsafə var. 

    Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də "San Siro" stadionunda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi