"Monako" və PSJ futbolçuları Notr Damın rəmzi olan forma ilə oynayacaqlar

"Monako" və PSJ futbolçuları Notr Damın rəmzi olan forma ilə oynayacaqlar Monako və PSJ futbol klubları Fransanın birinci Liqasının 33-cü turu yanğın nəticəsində zərər çəkmiş Notr-Dama dəstək olaraq xüsusi rəmzi olan futbol köynəkləri ilə oynamaq barədə qərar qəbul edib.
Futbol
20 Aprel , 2019 04:29
Monako və PSJ futbolçuları Notr Damın rəmzi olan forma ilə oynayacaqlar

"Monako"PSJ futbol klubları Fransanın birinci Liqasının 33-cü turu yanğın nəticəsində zərər çəkmiş Notr-Dama dəstək olaraq xüsusi rəmzi olan futbol köynəkləri ilə oynamaq barədə qərar qəbul edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, matça həmçinin Parisin məşhur kilsəsində baş vermiş yanğının söndürülməsində iştirak etmiş 500 xilasedici dəvət edilib. Onlardan 2-i topa simvolik olaraq birinci zərbəni endirəcəklər.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində ("Notr-Dam de Pari"-red) yanğın baş verib. Yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Son xəbərlər

Orphus sistemi