​"Monako"nun futbolçusu: "Qarabağ"ı səfərdə də yensək, mərhələ adlayacağıq"

​"Monako"nun futbolçusu: "Qarabağ"ı səfərdə də yensək, mərhələ adlayacağıq" Andrea Racci: "Zarafat etmirəm, bu mövsüm nə isə edə bilərik"
Futbol
23 Oktyabr , 2015 10:16
​Monakonun futbolçusu: Qarabağı səfərdə də yensək, mərhələ adlayacağıq

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Bu il Avropa Liqasında böyük rəqabət var və bu, çox vacib yarışdır". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində "Qarabağı" 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Fransa "Monako"sunun futbolçusu Andrea Racci deyib.

31 yaşlı müdafiəçi bu mövsüm çox böyük uğur qazanmağın mümkünlüyünü bildirib: "Komandamız bu qaydada irəli gedə bilər və mümkün qədər getməlidir. Zarafat etmirəm, bu mövsüm biz nə isə edə bilərik. Bunun üçün oyundan-oyuna qələbə qazanmaq lazımdır. Növbəti oyunda da qalib gəlsək, 1/16 finala vəsiqəni təmin edə bilərik".

Qeyd edək ki, "Monako" hazırda 7 xalla J qrupunun lideri, "Qarabağ" isə 3 xalla sonuncudur. Növbəti turda bu komandalar Bakıda üz-üzə gələcəklər. 

Son xəbərlər

Orphus sistemi