“Monako”nun futbolçusu "Yuventus"la matçda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu etiraf edib

“Monako”nun futbolçusu "Yuventus"la matçda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu etiraf edib Kamil Qlik Qonsalo İquainin ayağını tapdaladığını boynuna alıb
Futbol
10 May , 2017 12:52
“Monako”nun futbolçusu Yuventusla matçda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu etiraf edib

Bakı. 10 may. REPORT.AZ/ Fransanın “Monako” klubunun futbolçusu Kamil Qlik Çempionlar Liqasında İtaliya “Yuventus”una qarşı yarımfinal mərhələsinin cavab matçında qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu etiraf edib. “Report”un məlumatına görə, 29 yaşlı polşalı müdafiəçi “Sportowe Fakty” portalına açıqlamasında rəqibin hücumçusu Qonsalo İquainin ayağını tapdaladığını boynuna alıb.

O, bildirib ki, rəqibə qarşı bilərəkdən kobudluğa yol verməyib. K.Qlikin sözlərinə görə, hakimlər tez-tez “Yuventus”a kömək edir: “İquainlə bağlı epizodda qırmızı vərəqə ala bilərdim. Amma "Yuventus"un oyunçuları da nadir hallarda qırmızı vərəqə alırlar. Bu yaxınlarda “Yuventus”la matçda referi səhvən “Torino”nun oyunçusunu meydandan qovmuşdu. Təəssüf ki, hakimlər hər zaman “Yuventus”a kömək edirlər. Həmişə belə olub, belə də olacaq”.

Qeyd edək ki, “Yuventus” “Monako”nu hər iki oyunda məğlub etməklə (2:0, 2:1) finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi