"Monako" əvvəlki baş məşqçi ilə danışıqlar aparır

"Monako" əvvəlki baş məşqçi ilə danışıqlar aparır Bakı. 25 yanvar. REPORT.AZ/ Fransanın Monako klubu komandanın əvvəlki baş məşqçisi Leonardu Jardim ilə danışıqlara başlayıb.
Futbol
25 Yanvar , 2019 02:33
Monako əvvəlki baş məşqçi ilə danışıqlar aparır

Bakı. 25 yanvar. REPORT.AZ/ Fransanın "Monako" klubu komandanın əvvəlki baş məşqçisi Leonardu Jardim ilə danışıqlara başlayıb.

“Report” xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Daha əvvəl "Monako"nun baş məşqçisi Tyerri Anri əsas komandadan kənarlaşdırılıb. Bu addım yekun qərar qəbul edilənədək qüvvədə olacaq. Komandanı yanvarın 25-də məşqə Frank Passi çıxaracaq.

Öətn gün Anri bir neçə futbolçunu əsas komandadan uzaqlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, qovulanların sayı o qədər çoxdur ki, adbaad saymaq olmur. Fransalı mütəxəssis yalnız öz gələcəyini düşünənlərə qarşı belə addım atdığını vurğulayıb. Əvəzedici heyətə göndərilənlər arasında rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin olmadığı da müəyyənləşib.

Fransa çempionatında 21 turdan sonra "Monako" 15 xalla 19-cu yerdədir və eniş zonasında qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi