"Monako" 8 qat Fransa çempionu olub - VİDEO

"Monako" 8 qat Fransa çempionu olub - VİDEO Knyazlıq komandası "Sent-Etyen"i məğlub edib
Futbol
18 May , 2017 01:14
Monako 8 qat Fransa çempionu olub - VİDEO

Bakı. 18 may. REPORT.AZ/ "Monako" klubu tarixində 8-ci dəfə Fransa çempionu olub. "Report" xəbər verir ki, knyazlıq təmsilçi bu titula XXXI turdan təxirə salınmış oyunda "Sent-Etyen" üzərində 2:0 hesablı qələbə sayəsində yiyələnib. 

Hesabı 20-ci dəqiqədə Kilyan Mbappe açıb. 90-cı dəqiqədə isə Valer Jermen ikinci qolu vurub. 

Beləliklə, "Monako" xallarını 92-yə çatdırıb və sona bir tur qalmış ikinci pillədəki PSJ-ni 6 xal geridə qoyub. "Sent-Etyen" isə 50 xalla 8-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi