Yuxarı

​Moldovanın futbolçusu: "Bakıya gəzməyə gəlməmişik"

Rəqib futbolçu yoldaşlıq görüşü haqda danışıb

Bakı. 17 noyabr. REPORT.AZ/ "Düşünürəm ki, çətin oyun olacaq. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq üçün meydanda bütün gücümüzlə mübarizə aparacağıq". "Report"un məlumatına görə, bunu yoldaşlıq oyunu çərçivəsində bu gün Azərbaycan millisi ilə qarşılaşacaq Moldova yığmasının üzvü Aleksandr Onik deyib.

O bildirib ki, Azərbaycan evdə oynadığından qələbəyə köklənib: "Biz də bura gəzməyə gəlməmişik. Mübarizə aparacağıq və sübut edəcəyik ki, biz də güclü komandayıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Baş məşqçi hər şeydə bizə dəstək verir və psixoloji olaraq oyuna hazırlayır. Bu isə futbolda çox vacib amildir".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova matçı saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi