Yuxarı

Moldovanın "Daçiya" klubu "Kəpəz"lə Avropa Liqası matçına baş məşqçisiz çıxıb

Komanda üzvləri bunu 45 yaşlı mütəxəssisin xəstələnməsi ilə izah ediblər

Kişinyov. 7 iyul. REPORT.AZ/ Moldovanın "Daçiya" klubu "Kəpəz"lə Avropa Liqası matçına baş məşqçisiz çıxıb. "Report"un Kişinyova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, baş məşqçi Oleq Bejenar ehtiyat oyunçular skamyasında yer almayıb.

Komanda üzvləri bunu 45 yaşlı mütəxəssisin xəstələnməsi ilə izah ediblər. Hazırda texniki zonadan göstərişləri klubun meneceri və faktiki sahibi Adlan Şişxanov verir.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə də inquşetiyalı klub rəhbəri texniki zonada yer alıb. Bu isə birmənalı qarşılanmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi