Yuxarı

Moldovalı baş məşqçi:“Məqsədimiz növbəti mərhələyə adlamaqdır”

​Moldovalı baş məşqçi:“Məqsədimiz növbəti mərhələyə adlamaqdır”

“Əlbəttə, nəticədən razı deyiləm. Ən azı bir xala layiq olduğumuzu düşünürəm. Komanda şəklində pis təsir bağışlamadıq”.

“Report”un məlumatına görə, bunu Moldovanın futzal üzrə milli komandasının baş məşqçisi Vladimir Busatı Azərbaycan yığmasına 1:3 hesabı ilə uduzduqları dünya çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin 3-cü qrupunun ilk tur matçından sonra söyləyib.

Təcrübəli mütəxəssis qapıçı amillinin nəticədə böyük rol oynadığını vurğulayıb: “Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən oyunçular olsa da, qapıçılarının daha inamlı çıxış etdiyini vurğulamalıyam. Futzalda qapıçı vacib amildir. Bu gün bizim qapıçının da işi az olmadı”.

“Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu mərhələdə təsadüfi komanda olmur. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik” deyən Busatı mehriban qəbula görə Azərbaycana təşəkkürünü bildirərək, özlərini evlərindəki kimi hiss etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Moldova millisi 3-cü qrupda növbəti oyununu oktyabrın 24-də Slovakiyaya, oktyabrın 26-da isə Monteneqroya qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi