Yuxarı

​Moldova yığmasının Bakıdakı ilk məşqi yarımçıq qalıb

Buna güclü külək səbəb olub

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındakı ilk məşqi yarımçıq qalıb. "Report"un məlumatına görə, buna güclü külək səbəb olub.

Qonaqların məşqi bir saatdan da az davam edib. Nəticədə komanda məskunlaşdığı hotelə qayıtmağa məcbur olub.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova qarşılaşması saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi