​Moldova millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

​Moldova millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb Bakıya 19 futbolçu gəlir
Futbol
11 Noyabr , 2015 14:53
​Moldova millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 17-də futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Moldova yığmasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Ştefan Stoyka yoldaşlıq görüşü üçün Bakıya 19 futbolçu gətirəcək.

O, heyətə 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 2 hücumçunun adını daxil edib. Komandanın ən gənc oyunçusu 22 yaşlı hücumçu Vladimir Ambroş, ən qocamanı isə eq yaşlı müdafiəçi Viktor Qolovatenkodur.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova matçı saat 21:00-da başlanacaq. 

1. Ilie Çebanu (qapıçı) 29.12.1986 "Mordoviya" (Rusiya) 18/-21
2. Artyom Qayduçeviçi (qapıçı) 22.04.1987 "Daçiya" 7/-7
3. Aleksey Koşelyov (qapıçı) 19.11.1993 "Şerif" 1/-2
4. İqor Armaş (müdafiəçi) 14.07.1987 "Kuban" (Rusiya) 46/3
5. Viktor Qolovatenko (müdafiəçi) 28.04.1984 "Sibir" (Rusiya) 69/3
6. Katalin Karp (müdafiəçi) 20.10.1993 "Styaua" (Rumıniya) 6/1
7. Vitali Bordian (müdafiəçi) 11.08.1984 "Helios" (Ukrayna) 38/1
8. Ștefan Burqyu (müdafiəçi) 28.03.1991 "Zimbru" 7/0
9. İon Jardan (müdafiəçi) 10.01.1990 "Zimbru" 10/0
10. Simion Bulqaru (müdafiəçi) 26.05.1985 "Daçiya" 24/1
11. Maksim Potirniçe (müdafiəçi) 13.06.1989 "Şerif" 5/0
12. Alexandru Dedov (yarımmüdafiəçi) 26.07.1989 "Tarqu Mureș" (Rumıniya) 30/2
13. Aleksandru Antonyuk (yarımmüdafiəçi) 23.05.1989 "Milsami" 20/2
14. Andrey Kojakari (yarımmüdafiəçilər) 21.01.1987 "Milsami" 18/1
15. Yergeniu Kokyuk (yarımmüdafiəçi) 11.05.1993 "Daçiya" 1/0
16. Aleksandru Vremya (yarımmüdafiəçilər) 03.11.1991 "Zimbru" 4/0
17. Aleksandru Onitsa
29.07.1984 "Zarya" Baltsı 21/0
18. Vladimir Ambros (hücumçu) 30.12.1993 "Petrokub-Hinçeşti" 1/0
19. Sergiu İstrati (hücumçu) 07.08.1988 "Saxan" 2/0

Son xəbərlər

Orphus sistemi