Moldova klubunun Bakını tərk edəcəyi vaxt müəyyənləşib

Moldova klubunun Bakını tərk edəcəyi vaxt müəyyənləşib "Daçiya" Azərbaycan paytaxtından sabah saat 10:30-da ayrılacaq
Futbol
29 İyun , 2016 17:35
Moldova klubunun Bakını tərk edəcəyi vaxt müəyyənləşib

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş terror hadisəsi ilə əlaqədar Azərbaycanı tərk edə bilməyən Moldovanın "Daçiya" klubu bu gecə də Bakıda qalacaq. "Report"un məlumatına görə, "Daçiya" Azərbaycan paytaxtından sabah saat 10:30-da ayrılacaq.

Moldova təmsilçisi iyunun 28-də "Dalğa Arena"da "Kəpəz"lə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxıb. 0:0 hesabı ilə nəticələnən görüşün ardından qonaq komanda Bakı - İstanbul - Kişinyov reysi ilə geri qayıtmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yollanıb. Lakin terror təhlükəsi ilə əlaqədar uçuş hələ də baş tutmayıb.

Qeyd edək ki, "Kəpəz"lə "Daçiya" arasındakı cavab görüşü iyulun 7-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi