​Moldova Azərbaycanla futbol matçından imtina edib

​Moldova Azərbaycanla futbol matçından imtina edib Tərəflər matçın keçirilmə tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər
Futbol
4 Fevral , 2015 00:35
​Moldova Azərbaycanla futbol matçından imtina edib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan və Moldovanın futbol federasiyaları Antalyada təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi barədə razılığa gələ bilməyib.

"Report" "Sports.md" nəşrinə istinadən xəbər verir ki, iki ölkə federasiyası həqiqətən fevralın sonunda yığma komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi barədə danışıqlar aparıb, lakin tərəflər matçın keçirilmə tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.

Azərbaycan 24 fevral, Moldova isə 22 fevral tarixini təklif edib.

Bu gün Moldova Futbol Federasiyası (MFF) Bakıya mümkün gələcək əməkdaşlıqdan imtina barədə məktub göndərib.

Bu məlumatı Sports.md nəşrinə MFF-nın vitse-prezidenti İon Testemitsanu təsdiq edib.

Son xəbərlər

Orphus sistemi