"Mladost"un baş məşqçisi "İnter"ə rəqib olmalarından razı qalıb

"Mladost"un baş məşqçisi "İnter"ə rəqib olmalarından razı qalıb "Nəyəsə ümid etməyə haqqımız var"
Futbol
19 İyun , 2017 17:26
Mladostun baş məşqçisi İnterə rəqib olmalarından razı qalıb

Bakı. 19 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inə rəqib olacaq Serbiyanın "Mladost" komandasının baş məşqçisi Nenad Milovanoviç fikirlərini bölüşüb. "Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında püşkatmanın nəticəsindən razı qaldığını bildirib. 

O, futbolçularının klub, Luçani şəhəri və Serbiya adına əllərindən gələnin ən yaxşısını edəcəklərinə söz verib: "Digər potensial rəqibləri nəzərə aldıqda, püşkdən razı qaldığımı deyə bilərəm. Ümumilikdə, nəyəsə ümid etməyə haqqımız var".

Qeyd edək ki, "Mladost"un digər potensial rəqibləri "Trençin" (Slovakiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Daçiya" (Moldova) və "Şirak" (Ermənistan) idi. "İnter" ilk oyunu iyunun 29-da səfərdə, cavab görüşünü iyulun 6-da Bakıda keçirəcək. 

Son xəbərlər

Orphus sistemi