Yuxarı

"Mladost" - "Neftçi" matçındakı dava ilə əlaqədar 3 futbolçuya qırmızı vərəqə göstərilib

Onlardan 2-si qonaqların, 1-i meydan sahiblərinin oyunçusudur

Bakı. 10 İyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda "Mladost"la Azərbaycanın "Neftçi" komandaları arasında keçirilmiş cavab görüşündən sonra 3 futbolçuya qırmızı vərəqə göstərilib. "Report"un məlumatına görə, buna 90+9-cu dəqiqədə final fiti səsləndirildiyi vaxt meydanda kütləvi davanın baş verməsi səbəb olub.

"Neftçi"dən rəqibini vuran Aylton, eləcə də ehtiyat qapıçı Maksim Vaylo, "Mladost"dan isə toqquşmayadək əvəzlənmiş Miloş S.Raduloviç meydandan qovulub. Davayadək Ayltonun 58-ci, Raduloviçin isə 79-cu dəqiqədə sarı vərəqəsi olub. Meydan sahiblərinin futbolçusu sarı vərəqə aldıqdan 1 dəqiqə sonra yerini komanda yoldaşına verib.

İnsidentlə əlaqədar UEFA İntizam Komitəsinin hər 3 futbolçuya sərt cəzalar tətbiq edəcəyi, klubları isə ciddi cərimələyəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi