Mixail Lixaçev: Bakıdakı Avropa Oyunlarında çıxış etmək bizim üçün çox mühümdür

Mixail Lixaçev: Bakıdakı Avropa Oyunlarında çıxış etmək bizim üçün çox mühümdür "Biz Oyunların ilk qalibləri olmaq üçün əlimizdən gələni edəcəyik"
Futbol
2 İyun , 2015 07:23
Mixail Lixaçev: Bakıdakı Avropa Oyunlarında çıxış etmək bizim üçün çox mühümdür

Bakı. 02 İyun. REPORT.AZ/ "Bakıda Avropa Oyunlarında çıxış etmək, bizim üçün çox vacibdir. Biz Avropa Oyunları tarixində ilk qaliblər olmaq üçün əlimizdən gələni edəcəyik. Ona görə, komandanı güclü heyət təmsil edəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu çimərlik futbolu üzrə Rusiya yığmasının baş məşqçisi Mixail Lixaçev bildirib.

Rusiya Futbol İttifaqının çimərlik futbolu üzrə şöbəsinin rəisi Sergey Şamray isə jurnalistlərə açıqlamasında bildirib ki, Moskvada çimərlik futbolu üzrə keçiriləcək Avropa Liqası Rusiya yığması üçün Bakıdakı Avropa Oyunlarına mühüm hazırlıq mərhələsi olacaq.

Avropa Oyunlarında Rusiya millisi Macarıstan, İtaliya və İspaniya ilə birgə "B" qrupuna düşüb. "A" qrupunda isə Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi