Misirdə azarkeşlərlə polislər arasında toqquşmada ən azı 22 nəfər ölüb

Misirdə azarkeşlərlə polislər arasında toqquşmada ən azı 22 nəfər ölüb Onlarla insanın yaralandığı bildirilir
Futbol
9 Fevral , 2015 09:42
Misirdə azarkeşlərlə polislər arasında toqquşmada ən azı 22 nəfər ölüb

Bakı. 9 fevral. REPORT.AZ/ Misirin "Zamalek" futbol klubunun fanatları ilə polislər arasındakı toqquşma nəticəsində ən azı 22 nəfər ölüb və onlarla insan yaralanıb. "Report"un "Aljazeera"ya istinadən verdiyi məlumata görə, hadisə paytaxt Qahirənin şimal-şərqində futbol stadionu ətrafında baş verib. 

Toqquşmaya "Zamalek" fanatının arenaya biletsiz girməyə cəhd etməsi səbəb olub. Həmin vaxt stadionda "İnbi" komandası ilə oyun keçirilirmiş. Polisin azarkeşləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi