Yuxarı

Misir klubu hakim səhvlərinə görə ölkə çempionatında oynamaqdan 3-cü dəfə imtina edib

Biz ya növbəti matça çıxmayacağıq, ya da mən gedəcəyəm

Bakı. 5 dekabr. REPORT.AZ/ "Zamalek" futbol klubu bu il ərzində üçüncü dəfə Misir çempionatında çıxış etməkdən imtina edib.

"Report"un məlumatına görə, klub prezidenti Mortada Mansur səbəb kimi hakim ədalətsizliyini göstərib. 

"Biz bu mövsüm bir daha çempionatda çıxış etməyəcəyik. Referi İbrahim Nur əl-Din əsl rüşvətxordur. Hakimlər bizi öldürürlər, Misir Futbol Federasiyası isə heç bir addım atmır. Klubumuzun Direktorlar Şurası belə davam etməyin əleyhinədir. Biz ya növbəti matça çıxmayacağıq, ya da mən gedəcəyəm" - M.Mansur bildirib. 

Qeyd edək ki, "Zamalek" Afrikanın ən titullu klublarındandır. Bu komanda 5 dəfə Afrika Çempionlar Liqasının, 12 dəfə Misir çempionatının, 22 dəfə ölkə kubokunun qalibi olub. "Zamalek" 2015-ci ilin dekabrında və 2016-cı ilin mayında Misir çempionatından çıxdığını bəyan etsə də, yekunda çıxışlarını davam etdirməli olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi