Bakı. 20 iyun. REPORT.AZ/ Misir Futbol Assosiasiyası (MFA) milli komandanın argentinalı baş məşqçisi Ektor Kuperin istefaya göndərilməsi barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Assosiasiya rəhbərliyindəki mənbəyə istinadən "Əl-Vatan" qəzeti yazıb.
Bildirilir ki, MFA Ektor Kuper və futbol üzrə Misir yığması qərargahının DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə son oyundan sonra tam heyətlə istefa göndərilməsinə razılıq verib.
Görüş iyunun 25-də Volqoqradda keçiriləcək.
Misirlilər qrup mərhələsinin birinci turunda Uruqvaya (0:1), ikinci turunda isə Rusiyaya (1:3) məğlub olublar.