Yuxarı
    Bağlamaq

    ​Mişel Platini Parisdə baş verənləri "kor vəhşilik" adlandırıb

    UEFA rəhbəri ölənlərin yaxınlarına başsağlığı verib

    Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol fəaliyyətindən 2016-cı ilin yanvar ayınadək kənarlaşdırılan UEFA prezidenti Mişel Platini Parisdə törədilən terror aktları nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.

    "Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, Platini baş verənləri "kor vəhşilik" adlandırıb.

    "Mən bu kor vəhşilik aktları ilə bağlı dərin kədər və hiddətimi bildirmək istərdim. Həmçinin qurbanların yaxınlarına başsağlığı vermək istəyirəm və zərərçəkənlərin tezliklə sağalmasını diləyirəm", — deyə keçmiş fransız futbolçu bildirib.

    Noyabrın 14-nə keçən gecə Fransanın paytaxtı Parisdə yeddi yerdə törədilən terror aktları nəticəsində 120-dən çox insan həyatını itirib, onlarla şəxs yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi