Mişel Platini gələcək planlarını açıqlayıb

Mişel Platini gələcək planlarını açıqlayıb O, FİFA prezidenti seçilməyəcəyi halda, UEFA rəhbərliyinə namizəd olmayacaq
Futbol
29 Avqust , 2015 11:30
Mişel Platini gələcək planlarını açıqlayıb

Bakı. 29 avqust. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini 2016-cı ildə FİFA rəhbəri postuna seçilməyəcəyi təqdirdə, Avropa futbol qurumunun 2019-cu ildə keçiriləcək prezident seçkilərinə qatılmayacaq. 

"Report" xəbər verir ki, bunu Avropanın futbol qurumunun rəhbəri jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, prezident kürsüsündə olma müddəti barədə mövcud qaydaları dəstəkləyir.

Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA prezidentidir. FİFA-ya yeni prezident seçkisi 2016-cı il fevralın 26-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi