Mişel Platini FİFA prezidenti seçkisində Yozef Blatteri dəstəkləməkdən imtina edib

Mişel Platini FİFA prezidenti seçkisində Yozef Blatteri dəstəkləməkdən imtina edib "Yeni nəfəs lazımdır"
Futbol
10 Dekabr , 2014 09:45
Mişel Platini FİFA prezidenti seçkisində Yozef Blatteri dəstəkləməkdən imtina edib

Bakı. 10 dekabr. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini FİFA prezidenti seçkisində Yozef Blatteri dəstəkləməkdən imtina edib. "Report"un məlumatına görə, bu barədə fransalı funksionerin özü "Europe 1"ə açıqlama verib. 

"Bəli, mən Blatteri 1998-ci ildə dəstəkləmişəm. Çünki o, həmin dövr üçün münasib namizəd idi" deyə Platini bildirib. O, imtinasını Blatterin FİFA prezidenti postunda uzun müddət qalması ilə əlaqələndirib. 78 yaşlı isveçrəli bu vəzifəni 1998-ci ildən tutur və artıq ali futbol qurumunda 5-ci müddətini keçirir. Əfsanəvi futbolçu "Yeni nəfəs lazımdır" söyləsə də, Blatterin yeganə rəqibi, onun sabiq müavini Jerom Şampanı dəstəkləməkdən imtina edib. Platini ümid etdiyini bildirib ki, 2015-ci ilin mayında keçiriləcək növbəti seçkilərədək digər namizədlər də ortaya çıxacaq. 

Son xəbərlər

Orphus sistemi