Yuxarı

Mişel Platini FİFA prezidenti vəzifəsinə namizədliyini verəcək

Yozef Blatter iyunun 2-də FİFA prezidenti postunu tərk edəcəyini açıqlayıb

Bakı. 18 iyul. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini FİFA prezidenti postuna namizədliyini irəli sürəcək. "Report"un AS-a istinadən verdiyi məlumata görə, fransalı funksioner artıq 4 qitədən dəstək alıb.

M.Platini Cənubi Amerika Futbol Konfederasiyası, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası, Okeaniya Futbol Konfederasiyası və UEFA-ya arxalanır. Onu Almaniya Futbol İttifaqınının prezidenti Volfqanq Nirsbaxın əvəzləyəcəyi bildirilir.

Qeyd edək ki, Yozef Blatter iyunun 2-də FİFA prezidenti postunu tərk edəcəyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi