Yuxarı

​Mişel Platini FİFA-nı məhkəməyə verib

O, 6 il futboldan uzaqlaşdırılmasına etiraz edib

Bakı. 2 mart. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini FİFA Etika Komitəsinin qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. "Report"un CAS-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Platini FİFA-nın onu 6 il futboldan uzaqlaşdırmasından narazılığını bildirib. 

Qeyd edək ki, FİFA-nın keçmiş prezidenti Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi