​Mirça Luçesku Rusiya klubu ilə anlaşıb

​Mirça Luçesku Rusiya klubu ilə anlaşıb Rumıniyalı mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb
Futbol
24 May , 2016 09:55
​Mirça Luçesku Rusiya klubu ilə anlaşıb

Bakı. 24 may. REPORT.AZ/ Rusiyanın "Zenit" klubu portuqaliyalı Andre Villaş-Boaşdan sonra boşalan baş məşqçi postuna Mirça Luçeskunu gətirib. "Report"un "Sovetskiy Sport"a istinadən verdiyi məlumata görə, rumıniyalı mütəxəssislə sonradan daha bir il uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlanılıb. 

Müqavilənin məbləği, razılaşmaya əsasən, konfidensial saxlanılıb. Xəbəri Luçeskunun agenti də təkzib etməyib. O, "Zenit"lə anlaşma ehtimalının 99 faiz olduğunu bildirib. Rumıniya mətbuatı isə transferlər üçün yeni baş məşqçiyə 60 milyon dollar ayrılacağını yazıb.  

70 yaşlı mütəxəssis ötən hətəsonu Sankt-Peterburqa gəlib və klub rəhbərliyi ilə görüşüb. Bəzi detallar həll olunduqdan sonra tərəflərin münasibətlərini tezliklə rəsmiləşdirəcəyi bildirilir.

Qeyd edək ki, Mirça Luçesku 12 il çalışdığı Ukrayna "Şaxtyor"u ilə mayın 21-də yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi