Yuxarı

"Bavariya"nın sabiq futbolçusunun evi qarət olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Argentina milli komandasının və Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Martin Demiçelis qarət olunub.

"Report" "Mirror"a istinadən xəbər verir ki, hadisə 39 yaşlı sabiq müdafiəçinin İspaniyanın Marbelya şəhərindəki evində baş verib. Evdə Demiçelislə birlikdə onun həyat yoldaşı və üç uşağı olub.

Polis hadisə ilə bağlı araşdırma aparır. Soyğunçuların evdən pul və zinət əşyaları apardıqları bildirilib.

Qeyd edək ki, Martin Demiçelis karyerası ərzində İngiltərənin "Mançester Siti", İspaniyanın "Malaqa" və "Espanyol" komandalarında da çıxış edib. O, 51 dəfə Argentina millisinin də formasını geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi