Kolumbiya millisinin sabiq futbolçusu məhkum edilib

Kolumbiya millisinin sabiq futbolçusu məhkum edilib Bakı. 20 fevral. REPORT.AZ/ Kolumbiya milli komandasının sabiq futbolçusu Dieqo Osorio beş il müddətinə ev dustaqlığı alıb.
Futbol
20 Fevral , 2019 19:55
Kolumbiya millisinin sabiq futbolçusu məhkum edilib

Bakı. 20 fevral. REPORT.AZ/ Kolumbiya milli komandasının sabiq futbolçusu Dieqo Osorio beş il müddətinə ev dustaqlığı alıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı sabiq müdafiəçinin kokain daşınmasında iştirak etməsidir.

Məhkum həmçinin 44 min dollar cərimə ödəyəcək. Osorio 2016-cı ildə Boqotı hava limanında saxlanılıb. Onun üzərindən 1 kq kokain aşkarlanıb. Veteran futbolçu əvvəllər də narkotiklərlə bağlı cinayətlərdə iştirak edib. O, 2002-ci ildə ABŞ-ın Mayami şəhərində kokain saxladığı və daşıdığı üçün tutulub. 

Qeyd edək ki, Dieqo Osorio karyerası ərzində yalnız ölkəsinin klublarında çıxış edib. O, 17 dəfə Kolumbiya yığmasının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi