​Millinin rəqibinin baş məşqçisi: "Azərbaycanla oyunumuz çətin olacaq" - MÜSAHİBƏ

​Millinin rəqibinin baş məşqçisi: "Azərbaycanla oyunumuz çətin olacaq" - MÜSAHİBƏ Azərbaycan komandasının heyətində güclü futbolçular var
Futbol
1 May , 2016 23:30
​Millinin rəqibinin baş məşqçisi: Azərbaycanla oyunumuz çətin olacaq - MÜSAHİBƏ

Bakı. 2 May. REPORT.AZ/ AVRO-2016-da Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçikanın U-17 yığmasının baş məşqçisi Terri Sikuetin "Report"a müsahibə verib:

- Avropa çempionatında A qrupunda Azərbaycan, Portuqaliya və Şotlandiya milliləri ilə eyni qrupda yer almısız. Şansları necə dəyərləndirirsiz?
- Qrupumuz çətindir. Püşkatmadan sonra da işimizin asan olmadığını demişdim. Azərbaycan millisi ev sahibdir. Portuqaliyanın güclü futbolçuları var. Şotlandiya da zəif deyil. Bu komanda Britaniyanı təmsil edir. Odur ki, bizi gərgin mübarizə gözləyir.
- Püşkatmadan sonrakı 3 həftə ərzində Azərbaycan millisi haqda hansı məlumatları əldə etmisiz?
- Azərbaycanla oyunumuz çətin olacaq. Rəqibin 2 oyununun videoyazısına baxmışam. Komandanın heyətində güclü futbolçular var.
- Çempionat öncəsi son hazırlığınız necə keçdi?
- Hazırlığımız yaxşı keçib. 1 yoxlama oyununda da qüvvəmizi sınadıq. “Gent”in U-21 komandası ilə qarşılaşmışıq və 4:0 hesabı ilə qələbə qazanmışıq. Çempionata tam hazırıq.
- Bakıya gəlməmişdən öncə komandanızın Azərbaycana salam göndərdiyi video maraqla qarşılandı. Bu ideya necə yarandı?
- Video açılış oyunu ilə bağlıdır. Qrupdakı ilk oyunda Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək. Keçən dəfə burada olanda Bakını çox bəyəndim. Deyərdim ki, Azərbaycan çox gözəl ölkədir.
- Azərbaycan - Portuqaliya oyununda sizi hansı nəticə qane edəcək?
- Həmin görüşdəki nəticənin mənim üçün fərqi yoxdur. Məni daha çox öz komandam maraqlandırır.

Son xəbərlər

Orphus sistemi