Millinin qapıçısı: "Xorvatiyanın təqdimata ehtiyacı yoxdur"

Millinin qapıçısı: "Xorvatiyanın təqdimata ehtiyacı yoxdur" Bizi çətin oyun gözləyir. Xorvatiya hamıya məlum olan komandadır. Onların təqdimata ehtiyacları yoxdur və dünya çempionatında ikinci olublar. Əlimizdən gələni edərək yaxşı oyun göstərmək istəyirik.
Futbol
20 Mart , 2019 11:04
Millinin qapıçısı: Xorvatiyanın təqdimata ehtiyacı yoxdur

"Bizi çətin oyun gözləyir. Xorvatiya hamıya məlum olan komandadır. Onların təqdimata ehtiyacları yoxdur və dünya çempionatında ikinci olublar. Əlimizdən gələni edərək yaxşı oyun göstərmək istəyirik".

Bunu "Report"a Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya ilə matç barədə danışarkən deyib.

28 yaşlı qolkiper komandaya 3 qapıçının cəlb edildiyini və hər birinin əsas heyətdə oynamağa layiq olduğunu vurğulayıb: "Əsas heyətdə kimin oynayacağı ilə bağlı qərarı qapıçılarla işləyən məşqçi və baş məşqçi verəcək. Kimə şans verilsə, qərara hörmətlə yanaşılmalıdır".

Azərbaycan millisi son oyunda Kosovoya 0:4 hesabı ilə məğlub olub. S.Ağayev bunun üçün psixoloji gərginlik altında olmadıqlarını söyləyib: "Heç bir şey yoxdur. Futbolda belə hallar olur. Biz peşəkar futbolçularıq. Bunları unutmalıyıq. İnanıram ki, bu matçda komanda oyunu sərgiləməyi bacaracağıq".

Qeyd edək ki, Xorvatiya-Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi