Azərbaycan millisinin oyunçusu: "Rəqibin futbolçularının ustalığı özünü göstərdi"

Azərbaycan millisinin oyunçusu: "Rəqibin futbolçularının ustalığı özünü göstərdi" Hansı komandaya qarşı oynadığımızı bilirdik. Macarıstan elə də sadə rəqib deyil. Ümidimiz var idi ki, bu oyunda yaxşı nəticə qazanacağıq, amma ilk dəqiqələrdən standart vəziyyətdən məğlub ayrıldıq. Bu da nəticədə rəqibin daha yaxşı oynamasına gətirib çıxardı. İkinci hissədə 1 qol vurduq, fərqi azaltdıq, amma ondan artığına gücümüz çatmadı.
Futbol
9 İyun , 2019 02:25
Azərbaycan millisinin oyunçusu: Rəqibin futbolçularının ustalığı özünü göstərdi

"Hansı komandaya qarşı oynadığımızı bilirdik. Macarıstan elə də sadə rəqib deyil. Ümidimiz var idi ki, bu oyunda yaxşı nəticə qazanacağıq, amma ilk dəqiqələrdən standart vəziyyətdən məğlub ayrıldıq. Bu da nəticədə rəqibin daha yaxşı oynamasına gətirib çıxardı. İkinci hissədə 1 qol vurduq, fərqi azaltdıq, amma ondan artığına gücümüz çatmadı".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev AVRO 2020-nin seçmə mərhələsinin III turunda evdə Macarıstana 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi sonra jurnalistlərin suallarını cavablandırıb:

- Meydanda həm lider çatışmırdı, həm də komanda ruhu yox idi sanki. Hər iki millidə çıxış etmisiniz deyə Rəşad Sadıqovlu milli komanda ilə hazırkı milli komanda arasında fərq görürsünüzmü?

- Düzdür, Rəşad Sadıqov milli komanda üçün həmişə vacib oyunçulardan biri olub. Bu gün o yoxdur, onun yerinə oynayan futbolçunun pis oynadığını düşünmürəm. Məncə Maksim komandaya heç də pis liderlik etmir. Rəşad milli komandanı yaşına görə tərk etdi. Bu gün ruhsuz oynayırdıq deməzdim, çünki ilk hissədə hər şey bizim istədiyimiz kimi idi, sadəcə qapımızda qol gördük. Bu, oyunun nəticəsinə təsir etdi. Rəşaddan sonra Maksim heç də pis liderlik etmir komandaya.

- Sizcə Macarıstandan xal almaq üçün komandada nə çatmadı?

- Qol vurduqdan sonra ümid yaranmışdı, amma rəqibin futbolçularının ustalığı özünü göstərdi. Biz də meydana uduzmağa çıxmırıq, əlimizdən gələni edirik ki, yaxşı nəticə qazanaq, amma alınmır.

- Rəqib ikinci qol zamanı komandanın müdafiəsində nə baş verdi?

- Yenə standart vəziyyətdən sonra rəqib fərqləndi. Müdafiənin önünə top atıldı, ikinci ötürmədən sonra qapımızda qol gördük. Yenə standart vəziyyətdən qol buraxdıq.

- Artıq 3 gün sonra Slovakiya millisi ilə oyun var, həmin görüşə necə hazırlaşacaqsınız?

- Bizim başqa yolumuz yoxdur. Hazırlaşıb növbəti matç üçün meydana çıxıb oynamalıyıq. Məğlub olduq, növbəti oyuna çıxıb oynamırıq deyə birşey yoxdur. Əlbəttə bu gün bu qədər azarkeş önündə meydandan məğlub ayrılmaq bizim üçün çətindir. Bir vətəndaş kimi mənim üçün, bütün komanda üçün ağırdır və bizə pis təsir edir.

- Slovakiya ilə matçda xal qazanmaq realdırmı?

- Bu, çox çətin qrupdur. Bunu tək biz yox hər kəs deyir, bu bəhanə deyil. Qrupun favoriti biz deyilik. Biz ən axırıncı yer üçün vuruşuruq.

Son xəbərlər

Orphus sistemi