Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb

Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb Müdafiəçinin zədəli olduğu bildirilib
Futbol
10 Noyabr , 2015 15:49
Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" klubunun futbolçusu Ruslan Abışov yoldaşlıq görüşündə iştirak etməyəcək.

Buna səbəb 28 yaşlı müdafiəçinin zədəli olmasıdır.

Qeyd edək ki, bundan öncə AVRO-2016-nın seçmə qrup mərhələsində 3 qolla Azərbaycan millisinin bombardiri olmuş Almaniya "Karlsrue"sinin yarımmüdafiəçisi Dmitri Nazarov da eyni səbəbdən heyətdən çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi