Millinin baş məşqçisinin "Qarabağ" - "Qəbələ" oyununu izləməmə səbəbi müəyyənləşib

Millinin baş məşqçisinin "Qarabağ" - "Qəbələ" oyununu izləməmə səbəbi müəyyənləşib Xorvatiyalı mütəxəssisin səhhətində problem yaranıb
Futbol
29 Noyabr , 2016 18:35
Millinin baş məşqçisinin Qarabağ - Qəbələ oyununu izləməmə səbəbi müəyyənləşib

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Azərbaycan Premyer Liqasının XIII turunun mərkəzi görüşü olan "Qarabağ" - "Qəbələ" matçını izləməyəcək.

Bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin səhhətində problem olduğundan liderlərin görüşünü stadiondan izləməyəcək: "Prosineçkinin səhhətində problem yaranıb. Onun soyuqdəyməsi var və bu səbəbdən "Azərsun Arena"da olmayacaq".

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi