DÇ-2018-də sarı vərəqələrə görə mübarizəni dayandıran komanda baş məşqçi ilə müqaviləni uzadıb

DÇ-2018-də sarı vərəqələrə görə mübarizəni dayandıran komanda baş məşqçi ilə müqaviləni uzadıb Bakı. 1 fevral. REPORT.AZ/ Seneqal Futbo Federasiyası milli komandanın baş məşqçisi Aliu Sisse ilə müqavilənin müddətini uzadıb.
Futbol
1 Fevral , 2019 15:14
DÇ-2018-də sarı vərəqələrə görə mübarizəni dayandıran komanda baş məşqçi ilə müqaviləni uzadıb

Bakı. 1 fevral. REPORT.AZ/ Seneqal Futbo Federasiyası milli komandanın baş məşqçisi Aliu Sisse ilə müqavilənin müddətini uzadıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssislə olan yeni sözləşmə 2021-ci ilin sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Aliu Sisse 2015-ci ildən Seneqal yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 2018-ci il Rusiyada keçirilmiş dünya çempionatında iştirak edib. DÇ-2018-in qrup mərhələsində Yaponiya ilə xalları və digər göstəriciləri bərabər olan komanda sarı vərəqələrin çoxluğuna görə mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi