Azərbaycan milliisinin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirildi

Azərbaycan milliisinin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirildi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Futbol
18 Fevral , 2020 13:33
Azərbaycan milliisinin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub. 

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verilib. 

Son dövrdə aparılan mübarizənin əyani sübutlarını əks etdirən, eləcə də maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən nümayəndə iştirakçıların suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər: “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası”.

Son xəbərlər

Orphus sistemi