Dmitri Nazarovun komandası yol qəzasına düşdü - FOTO

Dmitri Nazarovun komandası yol qəzasına düşdü - FOTO Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın Ertsgebirge komandası yol-nəqliyyat qəzası ilə üzləşib.
Futbol
23 May , 2020 00:13
Dmitri Nazarovun komandası yol qəzasına düşdü - FOTO

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" komandası yol-nəqliyyat qəzası ilə üzləşib.

"Report"un məlumatına görə, komandanı II Bundesliqanın XXVII tur matçı üçün "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda BMW markalı minik avtomobili ilə toqquşub. Daha dəqiqi, təpədən aşan avtomobil magistral yolla hərəkət edən avtobusun önünə düşüb. Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim zərər görməyib. Nürnberqə yol mikroavtobusla davam etdirilib. 

BMW və onun sürücüsü isə ciddi xəsarət alıb. 

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Ertsgebirge"nin qolunu Dmitri Nazarov vurub. 

Son xəbərlər

Orphus sistemi