Yuxarı

Millimizin futbolçusu bu hərəkətinə görə cəzalana bilər - VİDEO

Millimizin futbolçusu cəzalana bilər

624

Dmitri Nazarov

Azərbaycan milli komandasının və "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov Almaniya çempionatında koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib. 

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu "Nürnberq"lə II Bundesliqanın XXVII tur matçında qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb. Nazarov bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: "Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım".

Təcrübəli forvard klub əməkdaşını qucaqlamasına Almaniya Futbol İttifaqının (DFB) anlayışla yanaşacağına ümid etdiyini bildirib: "Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdur. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram".

Qəza zamanı avtobusa zərər dəysə də, komanda üzvlərindən heç kim xəsarət almayıb. Əzilən minik maşınının sürücüsü və sərnişini isə ciddi travmalarla xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, "Nürnberq" - "Ertsgebirge" matçı heç-heçə ilə yekunlaşıb - 1:1. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi