Yuxarı

Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu - VİDEO

Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu87907097

Futbol üzrə Almaniya II Bundesliqasında XXVII tura start verilib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Ertsgebirge" komandası "Nürnberq"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan 30 yaşlı hücumçu 51-ci dəqiqədə hesabı açıb. Lakin 63-cü dəqiqədə onun komanda yoldaşı Soren Qonter avtoqol müəllifi olub.

Nazarov 66-cı dəqiqədə yerini Filipp Tsulexnerə verib.

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Ertsgebirge" 5-ci, 30 xala malik "Nürnberq" isə 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Dmitri Nazarov ötən tur "Zandhauzen"i 3:1 hesabı ilə yendikləri qarşılaşmada dəqiq penalti zərbəsi ilə fərqlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi