Azərbaycan millisi üçün Qobustan Milli Tarixi-Bədii Qoruğunda ekskursiya təşkil olunacaq

Azərbaycan millisi üçün Qobustan Milli Tarixi-Bədii Qoruğunda ekskursiya təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının noyabrın 6-dan 9-dək Bakıda, 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində təlim-məşq toplanışı olacaq.
Futbol
29 Oktyabr , 2019 17:49
Azərbaycan millisi üçün Qobustan Milli Tarixi-Bədii Qoruğunda ekskursiya təşkil olunacaq

Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının noyabrın 6-dan 9-dək Bakıda, 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində təlim-məşq toplanışı olacaq. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi komandanın hazırlıq prosesi çərçivəsində rəsmi oyunları da keçiriləcək. 

Bakıdakı toplanışın ilk günündə komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil ediləcək.

Oyunların təqvimi və təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı hələlik bəlli deyil. 

Son xəbərlər

Orphus sistemi