Yuxarı

Azərbaycanın gənclərdən ibarət milli komandası beynəlxalq turnirdə ilk oyununu keçirib

Millimiz Rusiyaya məğlub oldu

Bakı. 1 mart. REPORT.AZ/ Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” beynəlxalq turnirində ilk oyununu keçirib. 

"Report" xəbər verir ki, yığma ilk matçda Rusiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, yığma növbəti görüşünü martın 3-də Belarusa qarşı keçirəcək. Komanda martın 5-də isə İranla qarşılaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi