Azərbaycan yığması Şimali Makedoniyaya yenə qalib gəlib

Azərbaycan yığması Şimali Makedoniyaya yenə qalib gəlib Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşü keçirib.
Futbol
27 Yanvar , 2020 19:52
Azərbaycan yığması Şimali Makedoniyaya yenə qalib gəlib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşü keçirib. 

"Report"un məlumatına görə, rəqib yenə Şimali Makedoniya yığması olub. Görüş Samir Əliyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan qolları 68-ci dəqiqədə Mustafa Yıldırım, 90-cı dəqiqədə isə Samir Abdullayev vurub. Bununla da Antalya toplanışı 3 qələbə ilə yekunlaşıb. 

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq görüşündə "Alanyaspor"u 4:2 hesabı ilə yenib. Daha sonra isə elə Şimali Makedoniya məğlub edilib - 2:0. 

Son xəbərlər

Orphus sistemi